YAÇ-2014 son gün: 2 güləşçimiz 5-ci olub
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub və iki güləşçimiz 5-ci olub.

Ötən gün 50 və 69 kq-da finala yüksələn güləşçilərimiz Nanjinqdə keçiriləcək II Olimpiya Oyunlarına 2 lisenziyanı təmin edib.

54 kq çəkidə mübarizə aparan Orxan Ağamalıyev ilk görüşünü qələbə ilə başa vurub. Rusiya güləşçisi ilə ikinci görüşdə uduzsa da,rəqibin finala yüksəlməsilə təsəlliverici görüşə qatılıb. Ukrayna güləşçisini üstələyən Orxan bürünc medal şansı qazanıb. Həlledici görüşdə onun rəqibi Bolqarıstan təmsilçisi olub. Ancaq güləşçimiz məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.

76 kq-da mübarizə aparan Nicat Abdullayev ardıcıl olaraq Gürcüstan və Macarıstan güləşçilərinə qalib gəlib. Yarımfinalda Finlandiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb və Nicat 5-ci yerlə kifayətlənib.

46 kq
1/8 final - Qreqorz Majkut (POL) - Pərvin Abdullayev 0:3
1/4 final - Pərvin Abdullayev - Aleksandru Trandafir (ROU) 4:5

54 kq
1/8 final - Orxan Ağamalıyev - Jozep Ketunen (FİN) 8:0
1/4 final - Orxan Ağamalıyev - Sacid Butaev (RUS) 2:6
Təsəlliverici görüş - Sergey Qruşin (UKR) - Orxan Ağamalıyev 0:1
Bürünc medal görüşü - Orxan Ağamalıyev - Sevgin Mehmed (BUL) 0:2

63 kq
1/8 final - Raman Batçart (SUI) - Arif Niftullayev 2:10
1/4 final - Toni Ojala (FIN) - Arif Niftullayev 9:5

76 kq
1/8 final - Nicat Abdullayev - Qirami Xetsuriani (GEO) 11:6
1/4 final - Eduard Rakolta (HUN) - Nicat Abdullayev 8:14
1/2 final - Nicat Abdullayev - Veti Valiahedet (FİN) 1:3
Bürünc medal görüşü - Ruslan Yusupov (RUS) - Nicat Abdullayev 8:0

100 kq
1/8 final - Cavid Feyziyev - Arsen Siço Bepembe (BLR) 1:6

Xəbər 898 dəfə oxundu.