Samir Cəbrayılov: Lider köynəyini istərdim
“Synerji Baku” komandasının gənc üzvü Samir Cəbrayılov “Tour de Azerbaidjan-2014”dəki çıxışı barədə danışdı. İdman.com.az saytı xəbər verir ki, 5-ci mərhələdə ən yaxşı azərbaycanlı velosipedçi kimi “Odlar yurdu” köynəyinə sahib çıxan idmançı, mükafatçılar sırasına düşmək üçün çox çalışmaq lazım gəldiyini dedi:

“5-ci mərhələdə fərqləndim. Çox istərdim liderlərə məxsus göy köynəyə sahib çıxam. Amma bunun üçün çox məşq etməli, üzərində çox işləməlisən. Gələcək yarışlarda daha irəli getməyə çalışacağam”.

Xəbər 1126 dəfə oxundu.