AVİF-in vitse-prezidenti: Biz ilkə nail olduq
“5 günlük mübarizədə təşkilatçılar, jurnalistlər yaxşı çalışdılar və onlar həm də hamı müəyyən qədər yoruldular. Azərbaycan Velosiped İdmanı Federasiyası adından hər bir komandaya, fəxri qonaqlara və iştirakçılara dərin minnətdarlığımızı bildiririk”. İdman.com. az saytı xəbər verir ki, bunu AVİF-in vitse-prezidenti Sahib Ələkbərov “Tour de Azerbaidjan-2014” veloyürüşün yekunu ilə bağlı bu gün keçirilmiş mətbuat konfransında dedi.

Onun sözünə görə, bu yarış 2-ci ildir ölkəmizdə təşkil olunur və iş baxımından biz inkişaf etmiş ölkələrdən geri qalmırıq: “Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduğumuna görə sevinirəm. Bunun üçün, köməyi olan hər kəsə minnətdaram. Azərbaycanda bütün idman növlərini inkişafdadır və buna yüksək səviyyədə dövlət dəstəyi var”.

S.Ələkbərov, velosiped idman tariximizdə ilkə nail olduqlarını bildirdi. Dedi ki, son mərhələsi “Eurosport” kanalı 1,5 saat canlı yayımladı. Vitse-prezident ənənəvi olan yarışın ildən ilə daha inkişaf edəcəyini də vurğuladı.

Xəbər 1074 dəfə oxundu.