“Tour de Azerbaidjan-2014”a yekun vuruldu
Bu gün “Tour de Azerbaidjan-2014” veloturu başa çatdı. İdman.com.az saytı xəbər verir ki, 2.1 kateqoriyası üzrə keçirlmiş yarışı son – 5-ci mərhələsi paytaxtda baş tutdu.

Sprinterçilər 202 km uzunluğu olan mərhələyə saat 9:00-da Azadlıq meydanından start verdilər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən dövrə vuraraq, Abşerona, oradan Nardarana yürüş etdilər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar, burada finiş xəttini keçdilər.

Həlledici raundda Fransanın “La Pomme Marsille 13” komandasının üzvü Yustin Yules öutun həmkarlarını qabaqladı. Ondan az fərqlə finişə əlcazairli Yusif Reqiqi (MTN-Kubeka, CAR) çatdı. 3- yeri Adrian Honkiş (“Polsat Polkoviçe”, Polşa) tutdu.

Xəbər 853 dəfə oxundu.