İlnur Zakalin: Sıçrayış qrupundakılar hərəkət etmək istəmirdilər
Bu gün «Tour de Azerbaijan» veloturunun 3-cü raundunda mavi köynəyə İlnur Zakalin sahib çıxdı. İdman.com.az saytı xəbər verir ki, «Rusvelo» komandasının sprinteri bildirdi ki, həlledici məqamda «MTN Qhubeka» klubundan olan həmkarı ilə başabaş mübarizə apardı:

«Üç gündür komanda yoldaşlarım məni qoruyurdu. Bilirsiniz ki, yürüş zamanı güləklə, tozla qarşılaşmaq mübarizədə çətinlik yaradır. Mərhələnin ortasında yollar çətin olduğundan, sıçrayış qrupunda olan 16 nəfərin heç də hamısının irəli güclə hərəkət etmək istədiyini müşayiət etdim. Belədə, finişə 40 km qalmış irəli atılaraq, vaxt toplamı üzrə lider oldum».

Xəbər 920 dəfə oxundu.