Sahib Ələkbərov: 2-ci mərhələdə hava münasib idi
«Dünən küləkli, tozlu havadan sonra, rayonlarımızda belə gözəl təbiət mənzərəsindən yalnız zövq almaq olar. Əminəm ki, qarşıdakı günlərdə velosipedçilər daha gərgin və ovqatlı rəqabətə şahidlik edəcəklər».

Bunu «Tour de Azərbaijan-2014» veloturun 2-ci mərhələsindən sonra təşkil olunmuş mətbuat konfransında AVİF-in vitse-prezidenti Sahib Ələkbərov dedi.

O bildirdi ki, ölkəmizdəki yarış 2-ci ildir keçirilir və bu mövsümdə komandaların daha səviyyəsi artıb. «Synergy Baku» komandası zamanca çıxışını yaxşılaşdıracaq.

Xəbər 2167 dəfə oxundu.