İmişlidə rayon birinciliyi keçirilib
24 aprel-06 may tarixlərində İmişli rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümumi lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə 2001-2002-ci il təvəllüdlü futbolçular arasında rayon birinciliyi keçirilib.

2 saylı şəhər tam orta məktəbin idman meydançasında təşkil olunmuş yarışda 16 komanda öz gücünü sınayıb.

Yekun nəticələrə görə birinci yerə 2 saylı, ikinciyə Bəhrəmtəpə qəsəbəsi tam orta məktəb, üçüncüyə 7 saylı şəhər tam orta məktəbin komandası layiq görülüb.

Sonda qalib komandalar idarə tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

Xəbər 958 dəfə oxundu.