İsmayıllıda futbol üzrə “3x3 qızlar” turniri keçirilib
İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı, “AccessBank” və UNICEF-in dəstəyi ilə futbol üzrə “3x3 qızlar” turniri keçirilmişdir.

Turnirdə 78 komanda və 390 oyunçu iştirak etmişdir. Onlardan 146-sı indiyədək hər hansı turnirdə iştirak etməmiş oyunçular olmuşdur.

Turnir zamanı “Dəqiq zərbə”, “11 metrlik zərbə”, “Futbol tennis” və s. yarışlar təşkil olunmuşdur.

Qaliblərə hədiyyələri 19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Gonzales, 15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Siyasət Əsgərov və “AccessBank”ın nümayəndələri təqdim etmişlər.

Xəbər 972 dəfə oxundu.