Atıcılıq idman növü üzrə rayon turniri keçilib
1-5 may tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş şəhər məkətbləri arasında IX-XI sinif şagirdlərinin iştirakı ilə atıcılıq idman növü üzrə rayon turniri keçilib.

Ağcabədi şəhər Mərkəzi Stadionunda 275 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi atıcılıq idman növünün inkişaf etdirilməsi olub.

Sonda Orxan Həsənov (Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəb) birinci yerə layiq görülüb.

Xəbər 1382 dəfə oxundu.