Ağcabədidə rayon turniri keçirilib
28 aprel 5 may tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş futbol üzrə məktəblilər arasında rayon turniri keçirilib.

Ağcabədi şəhər mərkəzi stadionunda 256 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi futbol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinci yerə Rahib İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəb, ikinciyə Namiq Abdullayev adına Avşar kənd tam orta məktəb, üçüncüyə Camal İbarahimov adına şəhər 8 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 800 dəfə oxundu.