ABŞ - Azərbaycan yoldaşlıq oyununu kosta-rikalı baş hakim idarə edəcək
Mayın 27-də San-Fransisko şəhərindəki “Candlestick Park” stadionunda futbol üzrə ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcəkdir.

Yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşmişdir.
Oyunu kosta-rikalı baş hakim Henri Bejarano idarə edəcəkdir. Ona həmyerliləri Varner Kastro və Karlos Fernandez kömək edəcəklər. Matçın dördüncü hakimi honduraslı Armando Kastro olacaqdır.

Xəbər 803 dəfə oxundu.