Ronaldo yenə zədələndi
İspaniya La Liqasının əvvəlki turundan təxirə salınmış oyunu çərçivəsində səfərdə "Valyadolid"lə qarşılaşan "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib.

Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo zədələnərək sıradan çıxıb.

Matçın 9-cu dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib. Portuqaliyalı futbolçu yerini gənc komanda yoldaşı Alvaro Morataya buraxıb. Hələlik Ronaldonun hansı müddətə sıradan çıxdığı məlum deyil.

Xəbər 787 dəfə oxundu.