Güləşçilərimizdən Nanjinq-2014-ə 3 lisenziya
Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa birinciliyiı davam edir.

İdman.com.az saytı xəbər verir ki, yarışda sərbəst güləş yarışları bu gün başa çatıb. Azərbaycan sərbəst güləş yığmasının üzvləri ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 75 xalla ikinci olub. İlk sırada 88 xalla Rusiya, üçüncü sırada isə 58 xalla Ermənsitan qərarlaşıb.

Qızıl medalları yığmamıza Əfqan Xaşalov (50 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (85 kq) və İqbal Hacızadə (100 kq) qazandırıb. Elvin Namazov (46 kq) gümüş, Ravil Babazadə (69 kq) və Hacımurad Məhəmmədsəidov (76 kq) isə bürünc medala sahib olub.

Yığmamız Nanjinqdə keçiriləcək yeniyetmələrin ikinci Olimpiya Oyunlarına 5 mümkün lisenziyadan 3-nü qazana bilib. 46, 63 və 100 kq-da lisenziya qazanan sərbəst güləşçilərimiz Nanjinqdə 2 çəki dərəcəsində təmsil olunacaq.

Xəbər 1093 dəfə oxundu.