Qvardiola futbolçusunu "Barselona"ya getməyə qoymadı
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçusu Xavi Martinezin komandada qalacağını açıqlayıb.


"Barselona"ya getməyə müsbət baxdığı iddia edilən ispan oyunçunun klubdan ayrılmasına təcrübəli mütəxəssis razılıq verməyib.

"Martinez yeni mövsümdə də Münhen təmsilçisinin şərəfini qoruyacaq" - deyə P.Qvardiola bildirib.

Qeyd edək ki, 2012-ci ildən "Atletik"dən "Bavariya"ya transfer olunan Martinez bu mövsüm bundesliqada 17 matçda iştirak edib.

Xəbər 795 dəfə oxundu.