Avroliqanın finalına alman hakim
Avropa Liqasında mayın 14-ü baş tutacaq "Sevilya - "Benfika" final matçını alman hakim Feliks Brix idarə edəcək.

Bu barədə UEFA-nın saytında məlumat yer alıb. Feliksin köməkçiləri Mark Borç və Stefan Lupp olacaq. Dördüncü hakim Milorad Maziç olacaq.

Qeyd edək ki, F.Briks bu mövsüm ÇL-in yarımfinalında "Barselona" - "Atletiko" matçında baş hakimlik edib.

Xəbər 822 dəfə oxundu.