Bakıda “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turu başladı
Mayın 7-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” Beynəlxalq velosiped turu başlamışdır.

Yarışın birinci mərhələsi Dövlət Bayrağı Meydanından start götürmüşdür. Yürüş Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində başa çatacaqdır.
“Tour d`Azerbaidjan”da, ümumilikdə, 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır. Onlardan 8-i – “MTN-Qhubeka” (Cənubi Afrika Respublikası), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) pro-kontinental lisenziyalıdır.

Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i “Tour d`Azerbaidjan”da iştirak edir.
Turnirdə Azərbaycan “Synergy Baku Cycling Project” komandası ilə təmsil olunur.

Xəbər 973 dəfə oxundu.