Masallıda taekvando idman növü üzrə rayon birinciliyi
4-6 may tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvando Mərkəzində “9-May Qələbə Günü” nə həsr olunmuş Taekvando idman növü üzrə Masallı rayon açıq birinciliyi keçirilib.

11 çəki dərəcəsində 74 nəfər kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc idmançıların iştirakı ilə keçirilən yarışın məqsədi, rayonda taekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaq olub. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gələn idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1087 dəfə oxundu.