Ançelotti “Mançester Yunayted”dən imtina etdi
"Mançester Yunayted"in ötən həftə "Real"ın çalışdırıcısı Karlo Ançelottiyə təklif göndərdiyi məlum olub.

İtaliyalı mütəxəssisi komandanın yeni baş məşqçisi kimi görmək istəyən "MY" rəhbərliyi ona illik 18 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq K.Ançelottinin bunu müsbət cavablandırmadığı bildirilir.

Qeyd edək ki, K.Ançelotti ötən ilin yayında PSJ-dən "Real"a transfer olunub.

Xəbər 759 dəfə oxundu.