Federer turnirə qatılmaqdan imtina etdi
Roger Federer İspaniyanın paytaxtı Madriddə keçirilən ATP Masters 1000 Açıq Tennis Turnirinə qatılmaqdan imtina edib.

İdman.com.az saytı xəbər verir ki, buna səbəb kimi yaxın günlərdə Federerin ata olacağı gözlənilir.

Federer, internet saytından yayımladığı mesajında: " İzləyicilərimdən üzr istəyirəm və gələn il Madriddə olacağıma inanıram. Evimə yaxın bir yerdə antrenmanlarımı edəcəyəm və qısa müddətdə turnirlərə geri dönəcəyəm." -sözlərini qeyd edib.

Qeyd edək ki, əkiz qız uşaqları olan Federer-Mirka cütünün qısa bir zamanda üçüncü uşaqlarının dünyaya gəlməsi gözlənilir.

Xəbər 2052 dəfə oxundu.