Dieqo Simeoneni ağladan videogörüntü
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone ağlayıb.

Madriddə təşkil olunan sosial media ilə bağlı tədbirdə iştirak edən təcrübəli mütəxəssis Argentinada yaşayan 3 oğlunun videogörüntülərini izləyən zaman göz yaşlarına hakim ola bilməyib.

Övladları üçün darıxan D.Simeonenin ağlaması tədbirə qatılan digər şəxsləri də təsirləndirib.

Xəbər 757 dəfə oxundu.