"Porto"da yeni baş məşçi
Paulo Fonseka ilə yollarını ayıran "Porto" klubunun yeni baş məşqçisi məlum olub.

Portuqaliya təmsilçisi Julen Lopetegui ilə razılığa gəlib. Vaxtilə "Real", "Barselona" və "Rayo Valekano"da qapıçı olmuş veteran futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Porto" çempionatın sonuna bir tur qalmış 58 xalla üçüncü pillədə qərarlaşıb. .

Xəbər 859 dəfə oxundu.