Futbol üzrə Xəzər rayon turniri keçirilib
Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 23 aprel - 05 may tarixlərdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, idman və sağlam həyat tərzini təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu idman növünü rayonda inkişaf etdirmək, “2005-2015-ci illər ərzində futbolun inkişafı Dövlət proqramı”nın icrasını təmin etmək məqsədilə futbol üzrə Xəzər rayon turniri keçirilib.

23 aprel-05 may tarixlərində “Dalğa Arena “ stadionu və “ Azal Arena “ stadionunda keçirilən turnirdə ümumilikdə 8 komanda tərkibində 216 nəfər futbolçu iştirak edib .

Yekun nəticələrə görə birinci yerə Binə Bələdiyyəsi, ikinciyə Mərdəkan Bələdiyyəsi, üçüncüyə Şüvəlan Bələdiyyəsi layiq görülüb.

Yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1003 dəfə oxundu.