Giggs "Old Trafford"da sonuncu oyununu keçirəcək
“Mançester Yunayted”in baş məşqçisi səlahiyyətlərini icra edən Ryan Giggs bu axşam “Hull City”-ə qarşı oynamaq niyyətindədir.

İdman.com.az saytı The İrish Times saytına istinadən məlumat verir ki, uelsli yarımmüdafiəçi bu gün “Old Trafford”da futbolçu kimi son matçını keçirəcək. Əgər oyunda qalib gələrsə, bu onun mövsümdən sonra vidalaşmaq üçün 23-cü müvəffəqiyyətli qalibiyyəti olacaq.

40 yaşlı məşqçinin “Yunayted”lə müqaviləsinin müddəti yayda başa çatacaq. Onun bu həftə Hollandiya komandasına baş məşqçi kimi təsdiqi də gözlənilir. Yeni mövsümdə onu Lui van Qaal əvəzləyəcək.


Xəbər 828 dəfə oxundu.