Roberto Karlos Bakıya gəlir

Dünya futbolunun tanınmış ulduzlarından biri, hazırda Rusiyanın “Anji” klubunda oynayan-məşqçi kimi fəaliyyətini davam etdirən braziliyalı futbolçu Roberto Karlos noyabrın 22-də Bakıya gələcək.
Səfərin məqsədi “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”nin təbliğatında iştirak etmək və turnirin təşkilati işlərinə dəstək verməkdir.
Braziliyalı futbolçunun səfəri noyabrın 24-də başa çatacaq.

AzərTAc

Xəbər 996 dəfə oxundu.