Avropa çempionatında fərqlənənlər ilkin mükafatlandırıldılar
Finlandiyanın Tampere şəhərində böyüklərin 49-cu Avropa çempionatında yeni tarix yazan federasiya personalının yığıncağı keçirilib.

Heyəti təbrik etmək üçün yarışdan dərhal sonra toplantıda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse prezident İlham Qasımzadə, vitse prezident Yusif Məmmədov, milli komandaların baş məşqçisi Rəhman Hətəmov və Azərbaycan Karate Do Federasiyaları Assosiasiyasının nümayəndəsi Yaqub Babazadə bu böyük uğur münasibətilə kollektivi təbrik edərək xoş sözlərini çatdırıblar.

Təbriklərin ardından komanda kumite yarışlarının qalibləri, mükafatçılar, eləcə də fərqlənən idmançılar və işçi personalı, baş sponsor Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Karate Do Federasiyaları Assosiasiyası tərəfindən ilkin pul mükafatları ilə təltif ediliblər. Yüksək nəticələrə görə diqqətin davamlı olaraq artırılacağı və bu titulu qazanan idmançılardan yeni nəticələr gözlənildiyi qeyd edilib.

Xəbər 903 dəfə oxundu.