Mini futbol üzrə rayon birinciliyi keçirilib
22 aprel 2 may tarixlərində şəhər 2 saylı tam orta məktəbin idman meydançasında Ümummillli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə mini futbol üzrə rayon birinciliyi keçirilib.

24 komandanın qatıldığı birinciliyin final oyunu mayın 2-də keçirilib.

Finalda Ziyadlı kənd tam orta məktəb komandası birinci yerə layiq görülüb və 91 illik ilə əlaqədar keçirilən elmi praktiki konfransda rayon rəhbərliyi tərəfindən diplom və kubokla mükafatlandırılıb.

Xəbər 831 dəfə oxundu.