Lerikdə futbol yarışı keçirilib
Aprelin 29-da Lerik Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə məktəblilər arasında futbol yarışı keçirilib.

Şəhər mərkəzi stadionunda 152 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd olunması, idmanın kütləviliyinin təmin edilməsi, futbol idman növünün inkişafı və qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb.

Xəbər 1441 dəfə oxundu.