"Barselona"dan Martinezə 35 milyon avro
"Barselona" klubu "Bavariya"nın futbolçusu Xavi Martinezi transfer etməkdə israrlıdır.

Kataloniya təmsilçisi ispaniyalı futbolçunun keçidi üçün qarşı tərəfə 35 milyon avro təklif edib.

"Bavariya"nın əsas heyətindən kənarda qalan 25 yaşlı futbolçunun da "Barselona"da oynamaq istədiyi bildirilir. Münhen təmsilçisi "Barsa"nın təklifi ilə razılaşarsa, Martinez növbəti mövsümdən yenidən La Liqada çıxış edəcək.

Qeyd edək ki, Martinez 2012-ci ildə "Atletik" (Bilbao) klubundan "Bavariya"ya transfer olunub.

Xəbər 982 dəfə oxundu.