Baku Fires” finalda
Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab qarşılaşmasında Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edib. Quba Olimpiya İdman Kompleksində baş tutan görüş Bakı təmsilçisinin qələbəsi ilə başa çatıb. Astanadakı ilk döyüşdə yerli komanda 3:2 hesabı ilə qalib gəlmişdi.

Qubadakı qarşılaşma Nuripaşa Talibovun yetirmələri üçün uğurla başlayıb. İlk 3 təmsilçimiz rinqdə rəqiblərinə gücünü göstərib. İlk olaraq 52 kq çəki dərəcəsində Elvin Məmişzadə İlyas Suleymanovu məğlub edib. Qeyd edək ki, cari mövsümdə artıq bir dəfə bu boksçular üz-üzə gəlib və həmin döyüşdə də həmyerlimiz qalib gəlmişdi.

Albert Səlimov Samat Başenovla döyüşdə favorit olduğunu rinqdə də göstərib. İlk raundda rəqibi tam üstələyən dünya və Avropa çempionu ikinci hissədə də Qazaxıstan boksçusundan bir baş üstün olub. Amma ikinci raundu sona qədər başa çatdırmaq mümkün olmayıb, Başenov zədə aldlğından Səlimov qalib élan olunub.

Yevgeni Ramaşkeviç bütün komponentlərdə Manat Omerzakovdan üstün olub. Bu hakimlərin qiymətləndirməsinə də öz təsirini göstərib.

Ancaq 4-cü görüşdə Mixail Dolqolevets Hrvoje Sepə uduzub.
Görüşün taleyini superağır çəkili boksçuların döyüşü həll edib. Hacı Murtuzəliyev qarşılaşmada son nöqtəni qoyub – 4:1.

Beləliklə, “Baku Fires” son çempion “Astana Arlans”ı mübarizədən kənarlaşdıraraq, finala vəsiqə qazanıb. Komandamız həlledici görüşdə Kubanın “Cuba Domaderos” klubu ilə qarşılaşacaq.

Yarımfinal mərhələsi, cavab görüşü
“Baku Fires” - “Astana Arlans” - 4:1

52 kq. Elvin Məmişzadə - Süleyman İlyasov - 3:0
60 kq. Albert Səlimov - Samat Başenov - Səlimov texniki qələbə qazanıb.
69 kq. Yevgeni Ramaşkeviç - Manat Amirzakov - 3:0
81 kq. Mixail Dolqolevets - Hrvoje Sep - 1:2
+91 kq. Hacı Murtuzəliyev - Filip Hrqoviç - 2:1

Xəbər 977 dəfə oxundu.