Salyanda mini futbol turnirinin açılışı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə mayın 1-də Salyan OİK-də Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş və “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə İdarə müəssisə və təşkilatlar arasında mini futbol turnirinin açılışı keçirilib. Rayonun 16 idarə, müəssisə və təşkilatının komandalarının qatıldığı turnirdə oyunlar 4 qrup üzə keçiriləcək, hər qrupda birinci və ikinci yerləri tutmuş komandalar oyunları olimpiya sistemi üzrə davam etdirəcəklər.

Sonra dövlət himni səsləndirilib və yarışlara start verilib. İlk oyun günü A və B qrupunda 4 oyun keçirilib:

Polis şöbəsi - Olimpiya kompleksi ilə 3-1
Veysəloğlu MMC – FHN 2-4
DSMF – Peşə Liseyi 4-4
Səhiyyə- Aztelekom 6-1

Oyunlar may ayının onuna qədər davam edəcək.

Xəbər 1031 dəfə oxundu.