Martines "Münhen" klubunu tərk edə bilər
"Barcelona" komandası Bavariyanın yarımmüdafiəçisi Xavyer Martineslə yenidən maraqlanır.

İdman.com.az saytı bu barədə İspaniyanın "Marca" qəzetinə istinadən xəbər verir. Məlumatda qeyd edilir ki, 25 yaşlı futbolçunun transfer dəyəri təxminən 36 milyon manatdır.

Qeyd edək ki, Martinesin özü də "Münhen" klubunu tərk etməyi heç də inkar etmir.

Xəbər 926 dəfə oxundu.