Yuventus çempion oldu
İtaliya A seriyasının qalibi məlum olub. Turin təmsilçisi oyun keçirmədən çempionluğunu rəsmiləşdirib. Buna səbəb ən yaxın izləyicisi Romanın Katanya ilə səfər oyununda məğlubiyyətidir.

Qeyd edək ki, bu Yuventusun ardıcıl 3-cü çempionluğudur. Yuventus 30-cu dəfə skudettonu qazanıb.

Xəbər 873 dəfə oxundu.