Naxçıvan Muxtar Respublika turniri başa çatdı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

200-ə yaxın idmançının mübarizə apardığı turnirdə qaliblərin adlarına aydınlıq gəlib. 13 çəki dərəcəsində mübarizə aparan idmançılardan Ayxan Cavadlı (38 kq), Məhəmməd Novruzov (42), Ayxan Qubuşov (46), Kərim Babayev (48), Sərxan Əliyev (52), Nihad Quliyev (54), Kamil Qazıbəyov (56), Tayfur Əliyev (60), Arif Bayramov 64), Elmar Qasımov (69), Çingiz Cəfərov (75), Zəfər Ağamalıyev (81) və Rəvan Əliyev (91) bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatını qazanıblar.

Təltifetmə mərasimində federasiyanın sədri Məhərrəm Talıbov, Gənclər və İdman naziri Azad Cabbarov fərqlənən idmançıları diplom və qiymətli hədiyyələrlə mükafatalandırıblar. Sonda idmançılarla xatirə şəkili çəkilib.

Xəbər 1121 dəfə oxundu.