Zidan "Bordo"nu çalışdıra bilər
"Real" (Madrid) klubunun köməkçi məşqçisi Zinəddin Zidanın mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlər səngimək bilmir.

Zidanın yeni mövsümdən "Bordo"nu çalışdıracağı iddia olunur.

Fransa millisinin və "Real"ın canlı əfsanəsinin adı "Monako" klubu ilə də hallanır. Zidanın gələcək karyerası ilə bağlı qərarını dünya çempionatından sonra verəcəyi bildirilir.

Qeyd edək ki, Zidanın "Monako"da Klaudio Ranyerini əvəzləyəcəyi bildirilir.

Xəbər 812 dəfə oxundu.