Mançinin meneceri: "O, "Qalatasaray"dan ayrıla bilər"
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançininin istəkləri klub rəhbərliyi tərəfindən yerinə yetirilmir.

İtaliyalı mütəxəssis "Cim Bom"la müqavilə imzaladığı vaxt istədiyi futbolçuların komandaya gətirilməsini rəhbərliyin qarşısına şərt qoyub.

Klub rəhbərliyi bunu qəbul etməsinə baxmayaraq Mançininin dediklərini etməyib. Təcrübəli çalışdırıcının meneceri Nikola İnnokent bununla bağlı verdiyi açıqlamasında bildirib ki, Mançini cari mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə yenidən görüşəcək.

"Əgər yenə də Mançininin fikirlərinə əhəmiyyət verilməsə, o, başqa klublardan aldığı təkliflərdən birini dəyərləndirəcək" - deyə N.İnnokent bildirib.

Xəbər 828 dəfə oxundu.