Bakı "İnter"inin 4 futbolçusu milliyə dəvət olundu
Mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin heyətinə dəvət olunan futbolçuların tam siyahısı müəyyələnməş üzrədir.

İdman.com.az-ın "İnter" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin 4 üzvü yığmanın qarşıdakı təlim-məşq toplanışına çağırılıb.

Qapıçı Səlahət Ağayevlə yanaşı, Ruslan Əmircanov, Abdulla Abatsiyev və Vaqif Cavadov da milliyə dəvət alıblar.

Xəbər 752 dəfə oxundu.