Bakıda taekvondo üzrə Avropa çempionatı davam edir
“Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Avropa çempionatı davam edir.

4 gün davam edəcək çempionatda 46 ölkədən 400-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır.
Turnirin ikinci günündə kişilər arasında 58, 87 kiloqram, qadınların mübarizəsində isə 49 və 73 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcəkdir.

Bu gün dayanaq üzərinə üç Azərbaycan idmançısı çıxacaqdır. Artıq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşmişdir. Samir Cavadlı (58 kq) Vadim Dmitrov (Moldova) ilə, Radik İsayev (87 kq) Nikolo Boja (Xorvatiya) – Anastasios Nikolaidis (Yunanıstan) qarşılaşmasının qalibi ilə, Patimat Abakarova (49 kq) isə Corcia Barns (İngiltərə) – Ana Koelo (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Xəbər 842 dəfə oxundu.