Voleybol üzrə Azərbaycan millisi Ukrayna komandası ilə yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının birinci seçmə mərhələsinə hazırlığını davam etdirən voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası yarış öncəsi bir neçə yoldaşlıq görüşü keçirəcək.

Artıq paytaxtımızda qonaq olan Ukrayınanın Lvov şəhərinin “Barkom - Kajan” komandası ilə millimiz üç oyun keçirəcək.

Oyunlar mayın 3-dək Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Xəbər 964 dəfə oxundu.