Portuqaliya, Yunanıstan və Bolqarıstan yığmaları Azərbaycana gələcək
Bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan qadınlardan ibarət Azərbaycan millisi daha bir mötəbər turnirdə iştirak edəcək. Komandamız bu dəfə 2015-ci il Avropa Çempionatına vəsiqə uğrunda yarışacaq. D qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələrinin qrup rəqibləri Bolqarıstan, Yunanıstan və Portuqaliyadır. Birinciliyin təsnifatının ilk mərhələsi 22-24 may tarixlərində Bolqarıstanda baş tutacaq. İkinci etap isə Azərbaycanda keçiriləcək. Bakıdakı yarış mayın 30-dan iyunun 1-dək davam edəcək.

Qeyd edək ki, qrup qalibləri qitə birinciliyinə birbaşa yollanacaqlar. İkinci yerin sahibləri isə final mərhələsinə yüksəlmək üçün bir-biriləriylə qarşılaşacaqlar.

Xəbər 935 dəfə oxundu.