"Qvardiola İspaniya məşqçilərinə yaxşı örnəkdir"
İspaniya millisinin baş məşqçisi Visente del Boske "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola haqda xoş sözlər deyib.

"Marca" qəzetinə danışan del Boske Qvardiolanın İspaniya məşqçilərinə yaxşı örnək olduğunu bildirib:

"Real" "Bavariya" ilə səfər matçında (4:0) əla oyun nümayiş etdirdi. Madrid təmsilçisi topu özündə daha çox saxladı və demək olar ki, bütün komponentlərdə rəqibini üstələdi. Karlo Ançelotti əla komanda yaradıb.

Qvardiolaya gəlincə həmin matç onun karyerasının ən pis günü idi. "Barselona"da çalışdığı dönəmdə Qvardiolaya heyranlığımı gizlətmirəm. "Bavariya" onun üçün yeni çağırış oldu. Pep digər klublarda da işləyə bildiyini göstərdi. Düşünürəm ki, Qvardiola İspaniya məşqçilərinə yaxşı örnəkdir".

Xəbər 788 dəfə oxundu.