"Bakı"nın 4 futbolçusu milliyə çağırıldı
Mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin heyətinə dəvət olunan futbolçuların tam siyahısı müəyyələnməş üzrədir.

İdman.com.az-ın "Bakı" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin 4 üzvü yığmanın qarşıdakı təlim-məşq toplanışına çağırılıb.

Qapıçı Aqil Məmmədovla yanaşı, Şəhriyar Əliyev, Cavid Hüseynov və Rauf Əliyev təlim-məşq toplanışı zamanı baş məşqçi Berti Foqtsun sərəncamında olacaq.

Xəbər 1010 dəfə oxundu.