Sennanın xatirəsi yad edildi
Korintians komandasının futbolçuları Braziliya kubokunda Nasionalla oyunda Ayrton Sennanın xatirəsini yad ediblər. Futbolçular meydana Formula 1 üzrə 3 qat dünya çempionunun dəbilqəsinə bənzər dəbilqələrlə çıxıblar.

Xatırladaq ki, bu gün Ayrton Sennanın vəfatının 20-ci ildönümüdür. Məşhur braziliyalı pilot İmolada qəzada vəfat edib. Ölkəsində həddindən artıq populyar olan Ayrtonun ölümündən sonra hökumət Braziliyada 3 günlük matəm də elan etmişdi. Braziliya yığması isə 1994-cü il dünya çempionluğunu ona həsr etmişdi.

Xəbər 820 dəfə oxundu.