Samuxda rayon birinciliyi keçirilib
Aprelin 29-da Poylu kənd tam orta məktəbin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Yarışın açılışında Ulu öndər Heydər Əliyevin idmana diqqət və qayğısından geniş məlumat verilmiş, cənab prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində müstəqil Azərbaycanımız idman ölkəsinə çevrildiyi qeyd edilib.

55 nəfərin iştirakı ilə keçirilən yarışda 10 çəki dərəcəsində birinci, ikinci və üçüncü yerlərə layiq olan idmçançılar diplom və medallarla mükafatlandırlıblar.

Xəbər 1197 dəfə oxundu.