Azərbaycan birinciliyinin final mərhələsi keçirilib
21-25 aprel tarixlərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə futbolçuların “Sevinc” kuboku uğrunda Azərbaycan birinciliyinin final mərhələsi keçirilib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda 192 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi uşaq futbolunu inkişaf etdirmək, Respublika birinciliyini müəyyən etmək olub.

Sonda birinci yerə Mingeçevir, ikinciyə Qax, üçüncüyə Sumqayıt layiq görülüb.

Xəbər 917 dəfə oxundu.