Astarada basketbol üzrə rayon birinciliyi keçirilib
21-25 aprel tarixlərdə Astara rayon Səncərədi kənd tam orta məktəbində Respublika Bədən Tərbiyəsi Mərkəzinin təqvim planına uyğun olaraq Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi ilə birgə basketbol üzrə ümumtəhsil məktəblilərinin oğlan və qız komandaları arasında rayon birinciliyi keçirilib.

Yarışda oğlanlar arasında 12 komandadan 144 idmançı və 12 məşqçi, qızlar arasında 12 komandadan 144 idmançı və 12 məşqçi, ümumən 24 komandadan 332 nəfər iştirak edib.

Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq oğlan və qız komandaları arasında Səncərədi, Maşxan və Siyəkü kənd tam orta məktəb komandaları layiq görülüblər.

Xəbər 713 dəfə oxundu.