"Mourinyo 19-cu əsrin futbol kralıdır"
"Liverpul" klubunun sabiq kapitanı Cimi Karager maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

"Sky Sports"a danışan Karager ironiya ilə "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonu 19-cu əsrin ən yaxşı məşqçisi adlandırıb:

"Bir vaxtlar "Liverpul" klubu da Mourinyonun müdafiə taktikası ilə çıxış edirdi. 2001-ci ildə UEFA kubokunun "Barselona" ilə matçına yalnız bir məqsədlə - qol buraxmamaq üçün çıxmışdıq. Həmin oyundan sonra bizim utancverici oyun nümayiş etdirdiyimizi söyləyirdilər. İndi isə həmin oyun taktikası ilə "Çelsi" çıxış edir. Mourinyo futbolun kralıdır. Ancaq 19-cu əsrin. Düşünürəm ki, o, bundan utanmalı deyil".

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində bu axşam öz meydanında "Atletiko" (Madrid) klubu ilə qarşılaşacaq.

Xəbər 868 dəfə oxundu.