Robben: "Çempionlar Liqasını "Real" qazanacaq"
"Bavariya"nın futbolçusu Aryen Robben dünən Çempionlar Liqasında məğlub olduqları "Real" (Madrid) klubu ilə görüşdən sonra maraqlı fikirlər səsləndirib.

Almaniya mətbuatına danışan Robben bu axşam keçiriləcək "Çelsi" - "Atletiko" matçının nəticəsinin onu maraqlandırmağını bildirib:

"Çelsi" - "Atletiko" matçının nəticəsi məni maraqlandırmır. Çünki onların oyununu izləməyə hövsələm çatmır. Madriddə baş tutan ilk oyunu sona kimi izləyə bilmədim. Meydanda futbol adına heç nə yox idi. Mourinyo və Simeoneyə hörmətim var. Ancaq Çempionlar Liqasını futbol oynayan bir komandanın qazanmasını istəyirəm. Bu mənəda "Real"ın çempion olacağını düşünürəm. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, öz meydanında "Real"a 0:4 hesabı ilə uduzan "Bavariya" turnirdə mübarizəni dayandırıb.

Xəbər 842 dəfə oxundu.