Klippers və Memfis seriyada önə keçdi
Bu gecənin son matçında Staples Centerdə qonaq olan Golden State Warriors ev sahibi LA Clipperslə oyunda 113-103 hesabı ilə məğlub oldu və seriyada 3-2 geriyəliyib.

LA Clippersdə DeAndre Jordan 25 xal və 18 ribaundla oyuna damğasını vurdu, Chris Paul 20 xal, 7 asist, 6 ribaund ve 5 top almayla qələbəyə böyük pay verdi. Oyuna kənardan daxil olan Jamal Crawford 19 xal, Blake Griffin 18 , Darren Collison isə 15 xal topladı. Golden State Warriors-da Klay Thompson 21, Andre Iguodala və David Lee 18 xal , Stephen Curry isə 17 xalla oynadı.

Chicago - Washington 69:75 ( 15:23, 26:18 , 11:20 , 17:14)

Xəbər 776 dəfə oxundu.