Avropa çempionatına start verilir
Böyüklərdən ibarət Azərbaycan milli komandası 1-4 may tarixlərində Bakı şəhərində təşkil edilən Avropa çempionatına son hazırlıq mərhələsindədir. Bu gün isə millimiz, Azərbaycan Taekvondo Federasiyasının (ATF) idman zalında qısa məşq proqramı ilə kifayətlənib. Qeyd edək ki,məşq prosesi Media nümayəndələri üçün açıq elan edilmişdir.

Xatırladaq ki, 46 ölkədən 400-dək taekvondoçunun qatılacağı və ölkəmizdə ilk dəfə olaraq keçirilən qitə çempionatının açılış mərasimi 30 aprel tarixində, saat 18:00-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində başlanacaq. İdmançılar isə mübarizəyə 1 may tarixindən qoşulacaqlar.

Milli komandanın baş məşqçiləri Ələkbər İmaməliyev və Gündüz Abdullayevin bu mötəbər yarışda etimad göstərdiyi 15 idmançımızın adlarını bir daha nəzərinizə çatdırırıq; Mikayıl Əliyev (-54 kq), Samir Cavadlı (-58 kq), Ayxan Tağızadə (-63 kq), Elvin Məmmədov (-68 kq), İlkin Şahbazov (-74 kq), Ramin Əzizov (-80 kq), Radik İsayev (-87 kq) və Ceyhun Həsənliyə (+87 kq),Türkanə Tahirli (-46 kq), Patimat Abakarova (-49 kq), Hülya Oveyoğulları (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeyevanı (-73 kq). - See more at: http://www.taekwondo.az/index.php?page=sp&id=280#sthash.HlPEtRDx.dpuf

Xəbər 930 dəfə oxundu.