Ançelotti "Bavariya"ya məğlub olmayıb
"Real"ın baş məşqçisi Karlo Ançelotti indiyə kimi "Bavariya"ya qarşı oynadığı heç bir matçda məğlub olmayıb.

Təcrübəli mütəxəssis indiyə kimi Münhen təmsilçisi ilə yeddi dəfə qarşılaşıb.

2002/2003 mövsümündə təcrübəli çalışdırıcısı "Milan"la ÇL-də iki dəfə "Bavariya"nı məğlub edib. Üç mövsüm sonra Ançelotti İtaliya təmsilçisi ilə bundesliqa klubuna öz meydanında 4:1 hesabı ilə qalib gəlib, səfərdə isə bərabərə (1:1) qalıb.

2006/2007 mövsümündə "Milan"la Ançelotti yenidən ÇL-in yarımfinal mərhələsində Almaniya klubunu hər iki görüşdə məğlub edib.

Ançelotti son olaraq "Real"la "Bavariya"ya qalib (1:0) gəlməyi bacarıb.

Xəbər 1113 dəfə oxundu.